Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda daha bir forum başladı: 8 gün davam edəcək

Baxılıb: 438     Tarix: 27-06-2019 11:30   
Bakıda BMT-nin Təhsil, Elm və Mədəniyyət Komitəsi – UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu keçirilir.
Qanunvehedef.az xəbər verir ki, 43-cü sessiyanın iyunun 26-dan iyulun 4-dək davam etməsi nəzərdə tutulub. Abidə Menecerləri Forumu bu çərçivədə keçirilən ilk tədbirdir.
Forumda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının tərkib hissəsi kimi Mədəniyyət Nazirliyi, UNESKO-nun Dünya İrsi Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə Dünya İrsinin Abidə Menecerləri Forumuna ev sahibliyi edir:
“1972-ci il Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya İrsi Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfə keçirilir”.
Əbülfəs Qarayev bildirib ki, 8 gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxsin iştirakı gözlənilir. Abidə menecerləri bu günlər ərzində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər:
“Beləliklə, biz bu gün forumun açılış mərasiminə yığışmışıq. Mən forumun işinə uğurlar arzulayıram və onun müvəffəqiyyətlə keçəcəyinə inandığımı bildirirəm”
Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rossler, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Uebber Ndoro açılış nitqi ilə çıxış edərək irsin qlobal anlamından bəhs edib, eləcə də Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübənin qazanılması nöqteyi-nəzərdən önəmindən danışıblar.
Qeyd edək ki, forumun gündəliyinə aşağıdakı mövzular daxildir: Abidə Menecerləri Forumunun dünya irsi çərçivəsində və potensial yaradılması sahəsində məqsəd və obyektləri, Dünya İrsi və Dayanıqlı İnkişaf – 2015-ci il idarəetmə sənədi ilə tanışlıq, mədəniyyət mənzərələri və dünya irsinin xüsusiyyətləri nəzdindəki konservativ tətbiqlərə dair əsas təqdimat və sair.
Bundan əlavə forum iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və digər yerləri ziyarət edəcəklər. İyulun 2-də iştirakçıların Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəkləri nəzərdə tutulub.шаблоны для dle 11.2



Ən çox oxunanlar