Xəbər lenti
23/06/2026 [17:37]
Leyen İrəvana gəlir
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əli Kərimli azad olundu? - Məhkəmədən açıqlama

Baxılıb: 641     Tarix: 28-06-2019 14:45   

AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb.
Ə.Kərimlinin Müsavat Partiyasının qərargahına siyasi və ictimai fəallarla bağlı marafona qoşulmaq üçün gedərkən polis tərəfindən saxlanıldığı bildirilib. Onun Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğu da bildirilib.
Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.
Binəqədi Rayon Məhkəməsinin Dəftərxana müdirinin verdiyi məlumata görə isə Əli Kərimlinin həbsi ilə bağlı hər hansı məhkəmə qərarı yoxdur.
Bununla belə, Binəqədi Rayon Polis İdarəsində dindirilən Əli Kərimlinin izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar