Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək

Baxılıb: 500     Tarix: 01-07-2019 12:48   

Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasov sabah mətbuat konfransı keçirəcək.
“Report” xəbər verir ki, konfrans iyulun 2-si saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində başlayacaq.
F.Abbasov Rusiya Federasiyasında saxlanılması, deportasiya olunması və bu hadisə ətrafında baş verənlərlə bağlı sualları cavablandıracaq.
Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayətinin Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb və F.Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Bundan sonra qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.шаблоны для dle 11.2