Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Müstəqil və qərəzsiz məhkəmə sisteminin qurulması prioritetdir” – Nazir müavini

Baxılıb: 465     Tarix: 02-07-2019 12:36   

“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin ikinci mərhələsinin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, layihə Avropa Şurası və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin təqdimatında çıxış edən Avropa Şurasının (AŞ) Ədliyyə və Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri Hanne Yunker bildirib ki, Avropa Şurası Azərbaycanın məhkəmə sisteminin keyfiyyətinin artırılmasına yönəlmiş addımları alqışlayır: “İllərdir biz azərbaycanlı həmkarlarımızla bu sahədə əməkdaşlıq edirik. Layihənin məqsədi Azərbaycanda məhkəmə sisteminin yaxşılaşdırılmasıdır. Bizim məqsədimiz Azərbaycanın məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaqdır”.
Azərbaycan Ədliyyə nazirinin müavini Azər Cəfərov qeyd edib ki, müstəqil və qərəzsiz məhkəmə sisteminin qurulması dövlətin prioritetlərindən biridir: “Bu sahədə biz Avropa Şurası ilə sıx tərəfdaşlıq edirik. Biz islahatları həyata keçirərkən Avropa Şurasının digər ölkələrinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsaslanırıq”.
Onun sözlərinə görə, layihənin birinci mərhələsi çərçivəsində məhkəmə əməkdaşlarına təlimlər keçirilib, bu sahədə yüksək səviyyəli təlimçilər hazırlanıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, bu layihənin birinci fazasının nəticələri bu layihənin uğurla həyata keçdiyini göstərir: “Azərbaycan bizim vacib tərəfdaşımızdır. Bu səbəbdən də bizim üçün Azərbaycanda məhkəmə sisteminin keyfiyyətinin artırılmasının təmin edilməsi çox vacibdir”.
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov layihənin birinci mərhələsi haqda məlumat verib.
O bildirib ki, bu layihə 2015-2017-ci illərdə həyata keçirilən layihənin davamıdır. Ramin Qurbanov vurğulayıb ki, Azərbaycanda aparılan islahatların böyük hissəsi Avropa Şurası ilə əməkdaşlıq şəklində həyata keçirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar