Fuad Abbasovdan ağır ittihamlar - Canlı
Baxılıb: 564 Tarix: 02-07-2019 14:57
Hər şey 16 mayda başladı. Mənə 3 nəfər hücum etdi. Onların kim olduğunu bilmədiyim üçün təbii olaraq müqavimət göstərdim. Mənim yerimdə kim olsaydı, özünü qorumaq üçün müqavimət göstərərdi. Onlar sonradan bunu əsas gətirərək, mənim polisə müqavimət göstərdiyim haqda təəssürat yaratdılar. Halbuki mən onların polis olduğunu bilmirdim. Orada mənə xəsarət də yetirdilər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Rusiyadan deportasiya edilərək Azərbaycana göndərilən Fuad Abbasov mətbuat konfransında deyib.
“Məni çölə çıxardılar, küçədə bir vətəndaş yaxınlaşıb dedi ki, polisəm, səni həbs etməyə gəlmişik. Dedilər ki, sən bizə müqavimət göstərmisən. O sırada əlimə qandal taxıldı, başımı aşağı əydilər. Hiss elədim ki, burada ciddi məsələ var. Onlar mikroavtobusla gəlmişdilər. Avtobus üstündə polisə aid heç bir işarə yox idi. Məni maşında ayaq altına yerləşdirib gətirdilər Ximki şəhərinin daxili işlər şöbəsinə. Soruşdum ki, məni niyə gətirmisiniz? Dedilər, sən Rusiya qanunvericiliyinə görə oturum haqqını itirmisən və ölkəni tərk etməlisən. Dedim, mənə belə söz deyilməyib, deyilsəydi, tərk edərdim. Orada qarşıma kağızlar qoyub, “imzala“ dedilər. Oxuyub gördüm ki, əvvəlcədən hazırlanmış “ifadəmdir”. Dedim, imza atmayacam, çünki yazılanlarla razı deyiləm. Hətta orada saxta imza atılmasın deyə, rusca yazdım ki, mətnlə razı deyiləm. Sonra yenə məni başıaşağı şəkildə apardılar.
Məhkəmədə qəribə bir hadisə oldu. Dedim, mənim müdafiə haqqım var, vəkil çağırmaq istəyirəm. Dedilər, artıq gecdir. Dedim, necə yəni, mən hüquqşünasam, birinci dəfədir belə bir şey eşidirəm.
Mənim dediklərimi diqqətə almadılar. 15 dəqiqə ərzində məhkəmə hökm çıxardı ki, ölkəni tərk etməliyəm. Məni təcridxanaya apardılar. İlk 4 gün ərzində mənə telefonla danışmağa, kimləsə görüşməyə icazə vermədilər. Tək nəfərlik otaqda saxladılar məni. Başa düşdüm ki, bütün bunlar sifariş əsasında həyata keçirilir”, - F.Abbasov bildirib.
***
Mənim böyük bir arzum var idi. Bu arzu ondan ibarət idi ki, Rusiyada bir diaspor rəhbərliyi yaradaq və ona öz aramızda “ağsaqqal” deyək.
Bu sözləri Rusiyadan deportasiya edilərək Azərbaycana göndərilən Fuad Abbasov mətbuat konfransında deyib.
“İstəyirdim, Rusiyadakı bütün azərbaycanlılar bu “ağsaqqal”ın ətrafında birləşsinlər və Azərbaycanın istəklərini Rusiya dövlətindən tələb etsinlər. Bu mənim ən böyük arzum idi. Bu yolla biz bütün Azərbaycanın, azərbaycanlıların istəyini Rusiyaya çatdıra bilərdik. Təəssüf ki, işim yarımçıq qaldı, buna nail ola bilmədim.
Tutaq ki, əgər Azərbaycanın Rusiyadan Qarabağla bağlı tələbi varsa, biz də buna dəstək olaq və vətəndaşlarımız Kremlin qarşısına çıxıb, bunu Rusiya hökumətindən tələb etsin. Amma bu arzum həyata keçmədi”, - F.Abbasov bildirib.
***
"Azərros"la bağlı suala cavab verən Fuad Abbasov bildirib ki, Azərbaycan adına olan bu qurum ermənilərin sifarişlərini icra edir.
Ən çox oxunanlar
Son xəbərlər