Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ERMƏNİLƏR NƏ ÜÇÜN MÜSƏLMANLARI SEVMİRLƏR? – Qafqazda yaşayan rus cavab verir…

Baxılıb: 590     Tarix: 04-07-2019 15:30   

Rusdilli saytların birində (eadaily.com) ermənilərlə bağlı xeyli maraqlı bir yazıya («Ermənilər nə üçün müsəlmanları sevmirlər? ») rast gəldim. Yazı Qafqazda yaşayan bir rusun adından təqdim olunub. Böyük maraq kəsb etməsi səbəbilə, yazını dilimizə çevirib, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun menyüsünə təqdim etmək qərarına gəldim…
Qafqazlı rus yazır:
«Ermənistanda islam hazırda heç vaxt olmadığı qədər zəifdir. Hazırda Ermənistanda müsəlmanlar Abovyanda yaşayan cəmi 2 min nəfərə yaxın kürddən və buraya yeni gəlmiş fars diasporundan ibarətdir.
Amma cəmi 200 il əvvəl bu dövlətin müasir ərazisi müsəlmanların İrəvan xanlığının tərkibində olub və türk dinastiyası tərəfindən idarə olunub. Yüz əlli il əvvəl isə İrəvan öz məscidləri-minarələri ilə seçilən tipik islam şəhəri olub. Ermənistanın özündə faciəli 90-cı illərdə çoxminli Azərbaycan icması yaşayıb.
Hazırda Ermənistanda rəsmi olaraq, bir məscid – İrəvandakı Göy məscid fəaliyyət göstərir. Həm də onu 18-ci əsrdə hökmdar Hüseyn Əli Xan tikmiş olsa da, müasir Ermənistanda nədənsə «fars mədəniyyəti abidəsi» kimi qəbul olunur və onun üzərində hüquq İran (oxu: fars! – M.A.) müsəlmanlarına verilir…
Mənim fikrimcə, bütün məsələ erməni xalqının əla bildiyi tarixi yaddaşından ibarətdir -praktiki olaraq bu tarix müsəlmanlara qarşı müharibə tarixidir. Mən hələ də anlaya bilmirəm ki, belə bir situasiyada ermənilər necə olub ki, «apastol xristianı» kimi qala biliblər?
Həm də pravoslav qonşularından – hansısa yollarla öz nisbi müstəqilliyini saxlaya bilmiş gürcülərdən fərqli olaraq, istilaçılar erməniləri uzun əsrlər boyu dövlətçilikdən məhrum ediblər.
Ermənistanı hələ bizim eranın 6-cı əsrində ərəb istilaçıları zəbt ediblər və onun yerində əmirlik yaradıblar. Sonra ərəbləri səlcuq-türkləri, Ağqoyunlu və Qaraqoyunlu Azərbaycan dövlətləri, osmanlı türkləri və Səfəvilər (müəllif yanlış olaraq, səfəviləri fars kimi qələmə verib!- M.A.) əvəz ediblər. Bütün bu fatehlərin hamısını bircə dəyər birləşdirib - onlar müsəlman olublar…
Ermənilər Türkiyədəki 1915-ci il hadisələrini də xatırlayırlar. Hazırda Cənubi Qafqazda yalnız faciəvi erməni-azərbaycanlı münaqişəsi (Dağlıq Qarabağ münaqişəsi – M.A.) qısa müddətə dondurulub…
Ümumiyyətlə, mənim nəzərimcə, təəcüblənməyə dəyməz ki, ermənilərdə bütün müsəlmanlardan şüuraltı bir qorxu və buna əminlik var. Hətta onlar Ermənistana gələn iranlı turistlərə də «gözaltı» baxırlar – baxmayaraq ki, Ermənistanla İran arasında heç bir ərazi mübahisəsi yoxdur.
Məsələn, bir dəfə mənim tanıdığım bir erməni ailəsində oğlan uşağı şəbəkədə videooyun oynayır. Anası yaxınlaşır və soruşur:
- Arsen, sən kiminlə oynayırsan?
– Dostumla oynayıram…
- O, hansı dinə qulluq edir?
– Müsəlmandır, ana…
- Onunla dostluq etmə, o ki, müsəlmandır! – deyə, ana oğluna cavab verir.
Məgər, belə olarmı?»
Erməni ana belə deyir… Bəs, Azrbaycanın xarici işlər naziri nə deyir? Deyir ki, ermənilərlə humanitar sahədə əməkdaşlıq etmək lazımdır! İndi mən, Elmar müəllimdən soruşmaq istəyirəm: Həmin erməni ana ilə sən necə əməkdaşlıq etmək niyyətindəsən?!
Çevirdi: Mirzə AĞ
AzPolitika.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar