Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Övladlığa uşaq götürmək istəyən şəxslər üçün yaş həddi müəyyən olunub

Baxılıb: 564     Tarix: 04-07-2019 15:38   

“Övladlığa uşaq götürmək üçün nikahda olan şəxslərdən birinin minimum yaş həddi 25 olmalıdır. Nikahda olmayan subay şəxslər üçün isə minimum yaş həddi 30-dur”.
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.
Onun sözlərinə görə, övladlığa götürülən uşaqla valideyn namizəd arasında minimum yaş fərqi 18, maksimum fərq isə 50 yaşdır: “Yəni övladlığa uşaq götürmək istəyən şəxs özündən maksimum 50 yaş balaca olan uşağı övladlığa götürə bilər. Eləcə də nikahda olma müddəti ilə bağlı tələblər var. Azərbaycan vətəndaşlarının nikahda olma müddəti minimum 3 ildir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nikahda olma müddəti isə 5 il müəyyənləşdirilib. Yaş həddi ilə bağlı tələblərdə müəyyən istisnalar var. Məsələn, yaxın qohumlar, eləcə də məhkəmə tərəfindən üzrlü hesab edilən digər hallarda yaş tələbi azaldıla bilər”.
F.Ələkbərov bildirib ki, övladlıq götürmək üçün təkcə nikahda olanlar deyil, tək şəxslər də müraciət edə bilərlər: “Azərbaycan vətəndaşı olan, 30 yaşa çatmış şəxslər övladlığa uşaq götürə bilərlər. Təbii ki, əgər onlar övladlığa götürmə ilə bağlı tələblərə cavab verirlərsə. Lakin əcnəbilərlə bağlı yalnız nikahda olan şəxslər övladlığa götürə bilərlər. Nikahda olmayan subay əcnəbilərə övladlığa götürməyə icazə verilmir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar