Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Amaliya Pənahovanın adına lövhə nə vaxt qoyulacaq? - Rəsmi AÇIQLAMA

Baxılıb: 627     Tarix: 04-07-2019 16:12   

Ötən gün baş nazir Novruz Məmmədov mərhum Xalq artisti Amaliya Pənahova haqqında sərəncam imzalayıb.
Qanunvehedef.az redaktor.az-a istinadən bildirir ki, sərəncamda Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amaliya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması əksini tapıb. Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamım nə vaxtdan yerinə yetiriləcəyi ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov saytımıza açıqlama verdi:
"Ötən gün Nazirlər Kabineti belə qərar verdi Bəli, Mədəniyyət Nazirliyi və Baki Şəhər İcra Hakimiyyəti təbii ki, bunu edəcək. Dəqiq vaxtı deyə bilmərəm, çünki hazırda 2 500-ə yaxın qonağımız var. UNESKO-nun tədbirini keçirdirik. Ayın 10-na qədər buradayıq. Adətən belə məsələləri Baki Şəhər İcra Hakimiyyəti edir. Amma sərəncamda hər iki qurumun adı var. Yüksək səviyyədə tapşırıq icra olunacaq".шаблоны для dle 11.2