Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Musa Yaqubun vəfatı xəbəri yayıldı - Özü danışdı

Baxılıb: 662     Tarix: 05-07-2019 10:15   

Azərbaycanın xalq şairi Musa Yaqubun vəfat etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Kult.az-a xalq şairi özü məlumat verib.
M.Yaqub qeyd edib ki, hazırda özünü yaxşı hiss edir.
Xalq şairi Sabir Rüstəmxanlı isə xəbəri eşidəndən sonra Musa Yaquba zəng etdiyi barədə yazıb.
“İndicə xalq şairi Musa Yaquba zəng vurdum, səsi gur və sağlam idi. Musa Yaqub yenə ənənəvi sualını verdi: “Bəs nə vaxt gəlirsən?” Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. “Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək” deyib məni tələsdirdi, “Müalicəyə getməliyəm, sonra gəlib məni tapmazsan” deyib güldü.
Səsindən Babadağ havası vururdu. Babadağ durduqca bu səs də yaşayacaq...” - S.Rüstəmxanlı bildirib.
Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Ötən gün isə təzyiqinin yüksəlməsi səbəbindən xəstəxanaya müraciət edib və müayinələrdən sonra evə buraxılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar