Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Masallıda dəhşətli qəza: 8 nəfər öldü - Video

Baxılıb: 582     Tarix: 09-07-2019 10:39   
Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.
Qanunvehedef.az xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralanan şəxs 24 yaşlı gənc qızdır.
Ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.
Qəzaya düşənlər toya gedirlərmiş.

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.
Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.
Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır Masallı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar