Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Akademik Milli Dram Teatrı BAĞLANDI

Baxılıb: 618     Tarix: 16-07-2019 11:51   

Akademik Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib.
Qanunvehedef.az bildirir ki, mərasimdə çıxış edən teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, teatrın açılış və bağlanış mərasimi ənənəvi olaraq "Qarabağnamə" tamaşası ilə keçirilir:
"Bu tamaşa bizim teatrda 25 ildir oynanılır. Söz vermişik ki, torpaqlarımız qayıdana qədər mövsümün əvvəlində və sonunda məhz bu tamaşanı nümayiş etdirəcəyik. "Qarabağnamə"də bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir".
Ötən teatr mövsümü Akademik Milli Dram Teatrının kollektivi üçün uğurlarla yadda qalıb. Müxtəlif beynəlxalq festivallarda iştirak, yeni tamaşaların premyerası teatr kollektivinin uğuru kimi qiymətləndirilməlidir. Bu mövsümdə 8 tamaşa teatrsevərlərin ixtiyarına verilib.
Daha sonra "Qarabağnamə" tamaşası oynanılıb.
Rolları əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı, Xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, aktrisa Ləman İmanova, əməkdar artist Kazım Həsənquliyev, aktyor Elnar Qarayev, əməkdar artist Əli Nur, Xalq artisti Hacı İsmayılov, aktyor İlyas Əhmədov, əməkdar artistlər Elxan Quliyev, Elşən Cəbrayılov, Xalq artisti Əjdər Həmidov, aktyorlar Nigar Güləhmədova, Rəşad Bəxtiyarov, Elnur Qədirov, Rada Nəsibova, Cavidan Novruz ifa edib.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. (lent.az)шаблоны для dle 11.2