Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏRDARLIQ : Bu avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI

Baxılıb: 748     Tarix: 18-07-2019 16:11   

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 
Qanunvehedef.az bildirir ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək. 
18-28 iyul tarixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək. 
Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində də dəyişiklik ediləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar