Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Millət vəkili Namibiyanın baş naziri ilə görüşdü – Foto

Baxılıb: 512     Tarix: 19-07-2019 12:04   
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva Namibiyanın baş naziri Saara Kuqongelna-Amadhila ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanın bütün ölkələrlə, o cümlədən Afrika ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Müzakirələr zamanı Q.Paşayeva Namibiyanın baş nazirinə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Deputat Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması barədə ətraflı məlumat verib.
Namibiyanın baş naziri Q.Paşayevanı öz ölkəsinə dəvət edib.
Görüşün sonunda millət vəkili Namibiyanın baş nazirinə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.
шаблоны для dle 11.2