Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türk ordusu “Vur” əmrini gözləyir

Baxılıb: 654     Tarix: 22-07-2019 12:26   

Fəratın şərqindəki PKK-YPG terrorçularını işğal etdikləri bölgələrdən təmizləmək üçün əməliyyat hazırlıqlarını tamamlayan türk ordusu Ankaradan “vur” əmrinin gəlməsini gözləyir.
Qanunvehedef.az xəbər verir ki, TSQ-nın bütün istiqamətlərdə təzyiqi artırması terrorçuları hava hücumu zamanı sağ qala bilmək üçün Ayn İsa, Hasekə, Tel Abyad və Ayn əl-Arabda sipərlər və bir neçə fərqli nöqtədən çıxışı olan tunellər qazmağa vadar edib.
Məlumata görə, əməliyyat çərçivəsində türk ordusunun ilk hədəfi 40 kilometr dərinliyə qədər irəliləmək və Tel-Abyad, Rəsulayn şəhərlərini ələ keçirməkdir. Havadan və qurudan vurulacaq hədəflərdən sonra TSQ əməliyyatları genişləndirəcək, Tel-Abyad və Rəsulayndan sonra Kobaniyə girəcək.
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) üzvlərinin 6 aydır sözügedən əməliyyat üçün hədəfləri müəyyən etdiyi bildirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar