Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Aqrar Ticarət və Təchizat” ASC-nin İdarə Heyəti formalaşdırılıb

Baxılıb: 559     Tarix: 23-07-2019 14:33   

Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.
Rəşad Babayev və Sərxan Sərxanov isə İH-nin üzvləri təyin ediliblər.
Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də “Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi).шаблоны для dle 11.2



Ən çox oxunanlar