Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Növbəti təxribat: Erməni snayper tibb maşınını vurdu - Foto

Baxılıb: 457     Tarix: 30-07-2019 09:15   

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, iyulun 28-i saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Qeyf edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gecə erməni hərbçi Vladimir Osipyanın qarşı tərəfin atəşi nəticəsində yaralandığını açıqlayıb. Ötən gün isə 1995-ci il təvəllüdlü əsgər Arman Bulqadaryanın sərhəddə Azərbaycan ordusunun cavab atəşi ilə məhv edildiyi bildirilmişdi.шаблоны для dle 11.2