Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İrandan Azərbaycana təşəkkür: peşəkar yardım...

Baxılıb: 722     Tarix: 30-07-2019 10:07   

İran İslam Respublikası dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir.
Bu barədə İran İslam Respublikasının səfirliyindən bildirilib.
“Bu humanitar addım, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.
İran İslam Respublikasının səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar