Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı limanında əməliyyat: 3 ton parça... - Foto

Baxılıb: 500     Tarix: 01-08-2019 13:09   
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postuna Türkmənistan Respublikasından tekstil məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı gəmi daxil olub.
Dövlət Gömrük Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15.000 kv.metr və 3000 kq çəkidə 20.000 kv.metr həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.
“Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb. Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq - 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17.000 kv.metr bez parçası malları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar