Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu gün 6 rayonda qaz olmayacaq

Baxılıb: 606     Tarix: 06-08-2019 11:03   

Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.
Azəriqaz İstehsalat Birliyindən Qanunvehedef.az-a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.
Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.
Bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar