“Əgər Qarabağ müharibəsi zamanı mən döyüşməsəydim, erməni dığaları Hacı Soltanın ailə-uşaqlarını girov götürərdilər”
Baxılıb: 535 Tarix: 07-08-2019 12:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: “Qanun və Hədəf” Beynəlxalq İctimai-Siyasi Hüquq qəzetinə
Sumqayıt şəhəri 12-ci mkr, ev 7, mənzil 31 ünvan sakini müvəqqəti olaraq Şamaxı rayonu Məlikçoban kəndində yaşayan Abdulzadə Tapdıq Məzi oğlu tərəfindən TƏKRAR
Müraciət
Mən 1983-cü ildən Sumqayıt şəhərində Daxili İşlər İdarəsində mayor rütbəsində müxtəlif vəzifələrdə çalışaraq. Üzərimə düşən hər hansı bir məsul vəzifəni müvəffəqiyyətlə yerinə yetirərək rəhbərliyin etimadını əminliklə doğrulda bilmişəm.
Məlum hadisələrlə bağlı Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və dövlətimizin Konstitusiya quruluşunun qorunub saxlanması uğrunda düşmənlə döyüş zamanı 1991-ci il dekabr ayında Goranboy rayonu Todan kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq kəllə-beyin travması aldığımdan məni Gəncəyə, oradan da Bakıya gətirdilər. Müayinədən keçdikdən sonra Sumqayıt şəhər Bərpa xəstəxanasınını Nefropataloji şöbəsində yerləşdirilərək bir müddət burada müalicə aldıqdan sonra müəyyən olunmuş diaqnoza əsasən sağ gözümün arxa hissəsində qəlpə qaldığından (hələ də həmin qəlpə gözümdədir) Sumqayıt şəhər göz xəstəxanasında müalicə almalı oldum. Qeyd edim ki, baş nahiyəmdə qalmış qəlpənin çıxarılmasını yerli həkimlər bacarmadığından mən Moskvaya gedib orada öz xərcimlə müalicə almalı olmuşam. Hələ də bu qəlpə heç bir həkim tərəfindən gözümdən çıxarıla bilməmişdir.
Mənim hüquqi haqqım “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”də, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edillmiş, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” də təsbit edilmiş, lakin Şamaxı rayon İcra Hakimiyyətində, istərsə də Şamaxı rayon Bələdiyyəsi tərəfindən hal-hazırkı vaxta qədər nəzərə alınmamışdır.
Diqqətinizə ən mühüm bir məqamı çatdırım ki, mənim ata yurdum olan Şamaxı rayonunda sağlamlığıma təsir edəcək ən vacib hava şəraiti yaxşı olan Çuxuryurd qəsəbəsindən 6 sot torpaq sahəsi ilə təmin ediləcəyimi həmin kənd bələdiyyəsinin sədri Hacı Soltandan dəfələrlə xahiş etsəm də, o, mənim bu xahişimi nəzərə almamışdır və 03.03.2016-cı il tarixdə mənə Çuxuryurd qəsəbəsindən 4 sot torpaq sahəsi verəcəyini vəd etsə də, lakin o, bu vədinə xilaf çıxmış və mənə həmin ərazidən torpaq verməkdən imtina etmişdir.
Yuxarıda qeyd etdiyim məsələ haqqında dəfələrlə Prezidentə, hökumət və dövlət orqanlarına etdiyim müraciət aidiyyatı üzrə Şamaxı rayon İcra Hakimiyyətinə göndərilmiş, burada isə tamamilə əks münasibət göstərilmişdir. Göründüyü kimi,
Prezidentin bizlərə şamil etdiyi status aidiyyatı qurumlar tərəfindən sayılıb nəzərə alınmır.
Mən canını, qanını Vətənimizin ağır günlərində sipər edənlərdən biri olmuşam və belə bir səbəb üzündən də bu gün Qarabağ müharibəsi əliliyəm. Hər zaman əsas amalım bu dövlətimizə xidmət etməyə, bu dövlətimizi yaşatmağa yönəlib. İndi isə mən özümü müstəqil dövlətimizin müstəqil vətəndaşı deyil, haqq-hüququ tapdaqlar altına atılan vətəndaş hesab edirəm. Çünki sağlamlığımı uğrunda qurban verdiyim bu dövlətimizdə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi Hacı Soltanın günahı ucbatından bu uzun bir dövr ərzində hüquqi-haqqımın bərpasına nail ola bilmirəm.
Əgər Qarabağ müharibəsi zamanı mən və mənim kimi oğullar gedib düşmənlə döyüşüb şəhid və əlil olmasaydılar, erməni dığaları gəlib Hacı Soltanın ailə-uşaqlarını girov götürüb, özlərini güllələyib 1918-ci illərdə olduğu kimi bütövlükdə Şamaxını məzarlığa çevirərdilər.
Sözügedən bu hal heç cür qəbul ediləsi deyil ki, canımı, qanımı müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda qurban verən və bu yolda əlil olan bir kimsənin haqqı-hüququ Hacı Soltan kimilərinin maraqlarına qurban verilsin. Eyni zamanda heç cürə qəbul ediləsi deyil ki, müharibə şəraitində olan dövlətimizin Prezidenti biz Qarabağ müharibəsi əlilləri haqqında verdiyi qərar, fərman və sərəncamlar kimsə tərəfindən hansı hünərlə? Nəzərə alınmazdır!..
Sözügedən situasiyanı nəzarətə götürdüb, aidiyyatı hökumət təmsilçilərinə göstəriş verib, etdiyim müraciət haqqında müvafiq köməklik göstərməyinizi xahiş edirəm.
İnanır və ümid edirəm ki, Sizlərə etdiyim şikayət tərəfinizdən qəbul edilərək müvafiq tədbir görüləcəkdir.
Hörmətlə: Tapdıq Abdulzadə
AZE №15700757
Mob.: (070) 244-19-78
27.07.2019-cu il
Ən çox oxunanlar
Son xəbərlər