Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xəzər sahilində kütləvi təmizlik aksiyası keçiriləcək

Baxılıb: 379     Tarix: 08-08-2019 11:23   
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə sabah Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçiriləcək.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Qanunvehedef.az-a açıqlamasında bildirib ki, Xəzər günü ərəfəsində keçiriləcək və yüzlərlə insanın qatılacağı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır.
Avqustun 9-a planlaşdırılan aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edəcək. Belə bir kütlləvi aksiyanin keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib:
"Ümid edirik ki, hər kəs ətraf mühitə, çimərliklərə, Xəzərin təmizliyinə daha məsuliyyətlə yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq".
Qeyd edək ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar