Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Deputat: Bu olaya seyrçi qalmayın – Foto

Baxılıb: 486     Tarix: 08-08-2019 13:38   
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Qazaxıstanın tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə ölkələrimizin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Q.Paşayeva Qazaxıstan nümayəndə heyətinə ölkəmizin I vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.
Millət vəkili görüş zamanı bir milyon azərbaycanlının, Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşməsindən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından bəhs edib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqların qətlə yetirilməsinə seyrçi qalmamalı, öz etiraz səsini ucaltmalıdır.
Sonda Q.Paşayeva onlara Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar