Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Miq-29" təyyarəsinin axtarışlarına Rusiyada qoşuldu - AÇIQLAMA

Baxılıb: 423     Tarix: 08-08-2019 15:09   

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.
Unikal.org "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.
Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq.
Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar