Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Zakir Həsənov cəbhə xəttində - Foto

Baxılıb: 358     Tarix: 14-08-2019 11:16   
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olub.
Müdafiə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.
Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.
Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər