Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Generalın qızı da o tələyə düşdü - kino kimi ailə dramı

Baxılıb: 523     Tarix: 14-08-2019 12:03   

2010-cu ildən etibarən fiziki görünüşü dəyişməyə başlamışdı
Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyat rəhbəri general Mehmet Yılmaz Ərdoğanın Adnan Oktar qurbanı olduğu məlum olub.Generalın qızı Server Görkem Ərdoğanla bağlı diqqətçəkən izahatı örgüt haqqında hazırlanan iddianamədə əks olunub.
AzNews.az həmin iddianaməni təqdim edir:
"Qızım 1982-ci ildə doğulub. London attaşe vəzifəsinə görə qızım məktəbi İngiltərədə bitirdi və "City of West Minister" Universitetinə girdi. 2000-ci ildən etibarən təhsilinə görə İstanbulda yaşamağa başlamışdı.
Qızım əvvələr bizə həftədə ən azı bir dəfə zəng edər, yanımıza gələrdi. Həyat yoldaşım İstanbula qızımın yanına gedərdi. Ancaq 2007-ci ildən etibarən bizə zəng vurmamağa , yanımıza gəlməməyə, bizim də onun yanına getməməyimizi istəməyə başladı. Axırıncı dəfə yanımıza 2008-ci ildə Adanada vəzifədə olduğum vaxt gəldi. Sonra bir daha gəlmədi. Biz yenə də onun yanına gedirdik.
2010-cu ildən etibarən fiziki görünüşü dəyişməyə başlamışdı. Saçları açıq idi, ancaq qolları və digər yerləri bağlıydı. Qızımın hansısa təriqətə üzv olduğunu düşündük. Qızım bizə Adnan Oktarın söhbətlərində iştirak etdiyini dedi. Mən də Adnan Oktar örgütünü bildiyim üçün qızıma bu barədə məlumat verdim. Adnan Oktarın yanındakı qadınları məşuqə kimi saxladığını və onları hər cür maddi və mənəvi olaraq istifadə etdiyini danışdım. Qızım isə "Ata belə şeylərə inanmayın. Mən Adnan hoca ilə birlikdə cənnətə gedəcəm" dedi.
Qızımız əllərimizdən uçub gedirdi. Biz gələndə çox soyuq davranırdı və bunu hiss etdirirdi. 2011-ci ildən sonra görüşlərimiz evdə olmadı. Harda yaşadığını da bilmirdik. Ordu evlərində və ya AVM-lərdə baş tuturdu. Yanında mütləq örgütün adamlarından olduğunu düşündüyümüz kimsə söhbətimizi dinləyirdi. Tualetə belə yanındakı adamla gedirdi.
Qızım qardaşının 2015-ci ildə nişanına, 2016-cı ildə toyuna gəlmədi. Həyat yoldaşım qızını görə bilmək üçün A9 TV-ni izləyirdi. Həmin kanalda qızımızı saçları qırxılmış vəziyyətdə gördük, Adnan Oktarın cəza verdiyi qızların saçını qırxdığını mətbuatdan öyrənmişdik. Qızımızın ailəsindən bu qədər uzaqlaşması məni və həyat yoldaşımı psixoloji cəhətdən sarsıtmışdı. Qızımız əlimizdən gedirdi və heç nə edə bilmirdik.
11 iyul 2018-ci ildə örgütə qarşı keçirilən əməliyyatı mediadan öyrənəndə ailəlikcə çox xoşbəxt olduq. Ancaq qızımıza nə olacağı ilə bağlı narahatlıqlarımız var idi. Ancaq artıq qızımızın Adnan Oktarın idarəsində deyil, dövlətimizin təhlükəsiz qollarında olduğunu bilmək bizi rahatlaşdırırdı. Əvvəllər o etdiyi əməldən peşman olduğunu demək istəyirdi. Ancaq örgütün vəkilləri və dostlarının təkidi ilə vaz keçdi. Adnan Oktar və örgütü bizə, yaxın ətrafımıza zərər verdi. Buna görə də Adnan Oktardan və onun lideri olduğu örgütdən şikayətçiyəm".шаблоны для dle 11.2



Ən çox oxunanlar