Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

NATO ölkələri hərbi xərcləri 100 milyard dollar artırırlar – Tramp dediyini elədi

Baxılıb: 359     Tarix: 23-08-2019 17:00   

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, NATO ölkələrinin müdafiə xərclərini artırmasına nail ola bilib («TASS»).
Ağ Evin başçısı qeyd edib ki, xərclər 100 milyard dollar artıb, bundan əvvəl isə bir sıra ölkələr ödəməli olduqarı qədər ödəmirdilər. «Onlar ödəmirdilər, onlar öz öhdəliklərini pozurdular… Və mən doğrusunu deməliyəm, nədən ki, bu və ya digər halda başqa ölkələrin əvəzinə ödəməkdən yorulmuşam» – ABŞ lideri əlavə edib.
Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans üzvü olan ölkələrin hərbi xərcləri – ABŞ-dan başqa – 2019-cu ildə 3,9 faiz artıb. Bu il NATO-ya ən azı 8 üzv dövlətin hərbi xərcləri ümumi daxili məhsulun (ÜDM) 2,0 faizi həddinə çatacaq.
Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib ki, NATO üzvləri öz hərbi xərclərini artırmalıdırlar, nədən ki, hazırda ABŞ «hamıdan artıq ödəyir».шаблоны для dle 11.2