Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Netanyahu general Qasım Süleymanini hədələdi – “Sözlərində ehtiyatlı ol”

Baxılıb: 501     Tarix: 28-08-2019 12:14   

İsrail baş naziri Benyamin Netanyahu İran və Hizbullah təşkilatını hədələyib.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, İsrail hökumətnin başçısı “ölkəsinin düşmənləri ilə necə haqq hesab çürütməyi və özünü müdafiə etməyi çox gözəl bildiyini” söyləyib.
“Hizbullah” lideri Həsən Nəsrullahın İsrail Hərbi-hava qüvvələrinin Suriyanı bombalamasına görə yağdırdığı təhdidlərə cavab olaraq Benyamin Netanyahu ona “rahat olmağı” təklif edib.
İsrail baş naziri İran İslam Keşikçiləri Korpusunun “Qüds” güclərinin komandanı, general Qasım Süleymaninin də ünvanına xəbər göndərməyi unutmayıb.
Qeyd olunur ki, İsrail iranlı generalı Suriyada pilotsuz uçan aparatlarla hücumlar təşkil etməkdə ittiham edir.
“Sözlərinə fikir ver, xüsusilə də hərəkətlərinə diqqət elə”, -deyə Benyamin Netanyahu Qasım Süleymaniyə səslənib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar