Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstanda xarici aviaşirkətlərə yeni məhdudiyyətlər tətbiq olunacaq

Baxılıb: 491     Tarix: 09-09-2019 12:42   

Gürcüstanda fəaliyyət göstərən xarici aviaşirkətlərə qarşı səs-küylə bağlı yeni məhdudiyyətlər tətbiq olunacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Yeni qaydalar artıq Gürcüstan aviaşirkətlərinə qarşı tətbiq olunmağa başlayıb.
Məhdudiyyətlərin məqsədi Gürcüstandakı hava limanlarında yaranan səs-küyün minimuma endirilməsidir. Yeni qayda ilə Gürcüstan Avropa İttifaqının “Ümumi Aviasiya Məkanı Sazişi” ilə nəzərdə tutulan tənzimləməni tam yerinə yetirmiş olacaq.
Gələn ildən qüvvəyə minəcək məhdudiyyətlər xarici ölkələrin dövlət, humanitar yardım daşıyan, ölkədə fövqəladə hallarda istifadə olunan, qeyri-kommersiya və texniki məqsədlərlə uçuşlar həyata keçirən təyyarələrə şamil olunmayacaq.



{sape_links}{sape_article}