Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi

Baxılıb: 591     Tarix: 25-09-2019 10:58   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışının ardından liderlər üçün təşkil olunan ziyafətə qatılmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
Ərdoğanın ziyafətə qatılmamasına səbəb Misir Prezidenti Əbdülfəttah Sisinin ABŞ Prezidenti Donald Tramp və BMT Baş katibi Antonio Quterreşlə eyni masa ətrafında əyləşdiyini öyrənməsi olub.
Masa ətrafında həmçinin Almaniya kansleri Angela Merkel və Polşa Prezidenti Andjey Duda da əyləşib. Spirtli içkidən istifadə etməyən Tramp içi şirə ilə dolu qədəhini qaldıraraq qonaqları salamlayıb. Misir liderinin 2014-cü ildə olduğu kimi yenə də Trampın masasında əyləşməsi diqqət çəkib.
Xatırladaq ki, Ərdoğan 2014-cü ildə də ABŞ Prezidenti Barak Obamanın masasında Misir lideri Əbdülfəttah Sisi əyləşdiyi üçün ziyafətə qatılmamışdı. Ərdoğan ziyafətdə iştirakdan imtina etməsinin səbəbini “Eyni masada əyləşib çevrilişçiləri qanuniləşdirə bilmərəm” sözləri ilə izah etmişdi.шаблоны для dle 11.2



buy yes2win seo ranking