Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə XİN: Almaniya ikiüzlülük edir

Baxılıb: 632     Tarix: 26-05-2018 22:05   

Almaniyanın terror tərəfdarlarının qatıldığı mitinqə icazə verilməsini şiddətlə qınayırıq, bu ikiüzlü yanaşmadır.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı yazılı bəyanatında qeyd edib. Almaniyanın üçüncü ölkə siyasətçilərinin buradakı seçiciləri ilə görüşməsini qadağan edən qərar qəbul etdiyini xatırladan nazirlik Türkiyənin demokratiya ilə uyğun gəlməyən bu siyasətlə razı olmadığını bildirib:
"Bütün bunlara baxmayaraq, bu gün Almaniyanın bu mitinqə icazə verməsi qəbuledilməzdir. PKK terror təşkilatının simvollarının və Almaniyadakı qollarının iştirakıyla reallaşan mitinqə icazə verilməsi ikili standartın ən son nümunəsidir. Şiddətlə qınadığımız bu ikiüzlü yanaşma nə demokratiyaya, nə terrorla mübarizəyə, nə də Türk-Alman münasibətlərinin yaxşılaşması üçün atılan addımlarla üst-üstə düşür".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar