Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Huavey” telefonlarında nələr dəyişəcək?

Baxılıb: 537     Tarix: 27-09-2019 12:27   
Çinin “Huavey” şirkətinə ABŞ-ın Quql kompaniyasının xidmətlərindən istifadənin qadağan edilməsinin təsirləri mətbuat tərəfindən şişirdilir, smartfonların fəaliyyətində xüsusi heç bir dəyişiklik olmayacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə şirkətin Avropadakı mobil xidmətlər bölməsinin vitse-prezidenti Ceyme Qonsalo danışıb.
“Qadağanın təsirləri mətbuatda bir az şişirdildi. Əslində isə bu qadağalar smartfonların fəaliyyətində xüsusi nələrisə dəyişmədi. Dəyişən sadəcə detallardır. Qadağalar qüvvəyə minsə, istifadəçilər proqramları “AppGallery”dən yükləyə biləcək. Qadağalar olacağı halda yalnız Quql xidmətlərinin telefonlarımızda olmayacağını gözləmək olar. Başqa dəyişikliklər olmayacaq. Biz sərt rəqabət təşkil etmək niyyətində deyilik. İstifadəçilərə seçim imkanı vermək istəyirik. Əgər onlara smartfonlarımızda nələrsə lazım olsa, biz əlavə edəcəyik və ya alternativini tapacağıq”, - Qonsalo bildirib.



{sape_links}{sape_article}