Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi

Baxılıb: 520     Tarix: 28-05-2018 10:03   

“ABŞ hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.
 
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə,  bu barədə dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.
 
Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan,  ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.
 
“1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olub. Uzunmüddətli əməkdaşlığımızın davam etdirilməsi, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində əməkdaşlığımızın dərinləşdirilməsin, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq”, bəyanatda deyilir.
 шаблоны для dle 11.2