Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ-dan bu ölkəyə xəbərdarlıq: S-400-ləri alsanız..

Baxılıb: 593     Tarix: 29-05-2018 13:04   
ABŞ Hindistanın Rusiyadan S-400 zenit raket sistemləri almasından təəssüflənir.
Qanunvehedef.az xəbər verir ki, bunu NDTV televiziyasına müsahibəsində ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Uilyam Tornberri deyib. Onun sözlərinə görə, ABŞ hələlik Hindistanın bu qərarı ucbatından Dehliyə qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
O, Hindistanın qərarının ABŞ-la müdafiə sahəsində əməkdaşlığa, xüsusilə bu ölkəyə ABŞ pilotsuz aparatlarının tədarükünə problemlər yaradacağını bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya ilə Hindistan arasında S-400-lərin tədarükü ilə bağlı müqavilənin bu ilin ikinci rübündə imzalanacağı bildirilmişdi.
ABŞ bundan öncə Rusiyanın bir sıra hərbi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Vaşinqtonun qəbul etdiyi CAATSA qanunu ABŞ-a Rusiyadan silah alan bütün ölkələrə qarşı sanksiyalar tətbiq etmək haqqı verib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar