Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Şok: 80-ci ildə vurulan sovet təyyarəsinin pilotu sağ tapıldı

Baxılıb: 633     Tarix: 01-06-2018 13:31   
Əfqanıstanda 80-ci illərdə vurulan sovet təyyarəsinin indiyə qədər itkin sayılan hərbi pilotu sağdır və bu ölkənin ərazisindədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Rusiya Desantlar İttifaqının rəhbəri, Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin deyib.
“80-ci illərdə Əfqanıstan ərazisində vurulmuş sovet təyyarəsinin pilotu tapılıb. O, hələ də sağdır. Bu çox təəccüblüdür. İndi biz yalnız maliyyə yardımına deyil, eyni zamanda, inzibatı dəstəyə, ictimai təşkilatların köməyinə və diplomatik səylərə ehtiyac duyuruq”, - Vostrotin bildirib.
General informasiyanın məxfiliyini qorumaq məqsədilə pilotun adını açıqlamayıb.
Qeyd edək ki, 1979-1989-cu illər arasında Əfqanıstan ərazisində Sovet İttifaqınını 125 hərbi təyyarəsi vurulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar