Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

TRAMP KONQRESDƏ SPİKERİN ƏLİNİ HAVADA BURAXDI - O da Trampın çıxışının mətnini çırdı + VİDEOLAR

Baxılıb: 682     Tarix: 05-02-2020 11:51   

ABŞ prezidenti Donald Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib.
Qeyd edilir ki, hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət başçısının cavab jesti ilə qarşılaşmayıb. Nensi Pelosi prezidentin bu hərəkətinə gülüb.
Tramp çıxışını yekunlaşdırdıqda isə Nensi Pelosi etirazını onun çıxışının mətnini çırmaqla nümayiş etdirib.


Bu, ABŞ prezidentinin siyasi rəqibinə qarşı ilk xoşagəlməz rəftarı deyil. 2019-cu ilin oktyabrında Donald Tramp “Twitter”-dəki səhifəsində spikerin fotosunu paylaşaraq "Öz iflası ilə məyus edilmiş əsəbi Nensi" sözlərini yazıb.
Ötən il dekabrın sonunda isə Tramp özünün “Twitter” sosial şəbəkəsindəki mikrobloqunda spiker Pelosini "dəli Nensi" adlandıraraq aşağılayıb.


шаблоны для dle 11.2