Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Putindən ABŞ-a MESAJ

Baxılıb: 719     Tarix: 06-02-2020 15:11   

"Regional münaqişələr artmaqdadır, terrorizm və ekstremizm təhlükələri artır, silahlara nəzarət sistemi çökür. Qlobal iqtisadiyyat da qeyri-sabit vəziyyətdədir. Dünyadakı sülh və təhlükəsizlik Rusiya ilə ABŞ arasındakı münasibətlərin vəziyyətindən asılıdır".
Qanunvehedef.az-ın məlumatına görə, bu fikri Rusiya prezidenti Vladimir Putin deyib.
Putin ölkədə vəzifəyə başlayan 23 ölkənin səfirlərini Kreml Sarayında qəbul edib. Mərasimdə iştirak edən səfirlər Putinə etibarnamələrini təqdim ediblər. 
Putin çıxışında dünyadakı vəziyyətin təhlükəli olduğuna diqqət çəkərək "Regional münaqişələrin artdığını, terrorizm və ekstremizm təhdidlərinin çoxaldığını, silahlara nəzarət sisteminin çökdüyünü, qlobal iqtisadiyyatın qeyri-sabit" olduğunu bildirib.
"Dünyadakı sülh və təhlükəsizlik Rusiya ilə ABŞ arasındakı münasibətlərin vəziyyətindən asılıdır" deyən Putin Rusiya-ABŞ münasibətlərini dəyərləndirib. 
Rusiya lideri silah nəzarəti, antiterrorizm və regional böhranların həlli kimi mövzularda ABŞ ilə hərtərəfli dialoq qurmağa hazır olduqlarını söyləyib.
İranın nüvə sazişinin əhəmiyyətini də vurğulayan prezident Putin, "Rusiya, bu razılaşmanı qorumaq üçün səylərini davam etdirəcək" deyə bildirib. 
Dünyanın yeni növ koronavirus (2019-nCoV) epidemiyası təhlükəsi ilə üzləşdiyini vurğulayan Putin, bu məsələdə Çinə kömək etməyə hazır olduqlarını da qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar