Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İranın kosmik raketinin partlamasında ABŞ-ın əli varmı?

Baxılıb: 494     Tarix: 12-02-2020 10:30   

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen fevralın 9-da İranın kosmosa süni peyk çıxarmaq cəhdinin uğursuzluqla nəticələnməsində Vaşinqtonun əlinin olub-olmadığı haqda sualı şərh etməyib.
Virtualaz.org xəbər verir ki, Atlantik Şurasında çıxışı zamanı Trampın müşavirinə İranın kosmik raketinin nəzərdə tutulan orbitə çatmadan partlamasının ABŞ-ın sabotajı ola biləcəyi haqda sual verilib. Habelə ondan soruşublar ki, Tehran nüvə məsələsində qırmızı xətti nə zaman keçə bilər və ABŞ-ın buna cavabı necə olacaq.
“Bu iki gözəl suala mən cavab vermək istəmirəm. Biz ümumiyyətlə belə proqramları (sabotaj) şərh etmirik, ümumiyyətlə belə proqramların mövcudluğu haqda danışmırıq”,-müşavir deyib.
İkinci suala cavabında isə ABŞ prezidentinin müşaviri belə cavab verib ki, onlar İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar