Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ Yaponiyadan vətəndaşlarını təxliyə etdi

Baxılıb: 558     Tarix: 17-02-2020 15:28   

Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığındakı Yokohama limanında fevralın 4-dən koronavirusla əlaqədar karantinə alınan kruiz gəmisindəki ABŞ vətəndaşlarını daşıyan təyyarə bu gün Haneda limanından havaya qalxıb.
“Report” xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında 300-dən artıq amerikalı sərnişinin olduğu və onlardan 14-də yoluxucu virusun aşkarlandığı bildirilib.
Qeyd edək ki, koronavirusun yayıldığı laynerdə 3 500-dən artıq sərnişin var. Gəmidə yoluxucu virusun daşıyıcılarının sayı 350-ni ötüb.
Xatırladaq ki, ötən il dekabrından meydana çıxan yeni koronavirus bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirilib. Son məlumata görə, koronavirusa yoluxanların sayı 71 442, ölənlərin sayı 1 777, sağalanların sayı 11 214 nəfərdir. Çindən başqa, koronavirusa yoluxma halları daha 25 ölkədə qeydə alınıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar