Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyədə zəlzələ zamanı ölənlərin sayı 50-yə yüksəlib - FOTO

Baxılıb: 704     Tarix: 24-02-2020 08:48   

Türkiyənin şərqində Van bölgəsində baş vermiş zəlzələdə ölənlərin sayı 50-yə yüksəlib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Qoca deyib.
“Van bölgəsində Başkalda zəlzələdən zərər çəkənlərin hamısına lazımi tibbi yardım göstərilib. Ehtiyac olunan xəstələr üzərində cərrahi əməliyyat edilib. İki xəstə hazırda reanimasiyadadır”, nazir bildirib.
Qeyd edək ki, daha əvvəl İran və Türkiyə arasındakı sərhəd bölgədə 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Təbriz şəhərindən 141 kilometr qərbdə və Türkiyənin Özalp şəhərindən 71 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.
İranda baş verən zəlzələ nəticəsində 75 nəfərin yaralandığı bildirilir.
***
İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə xəsarət alanların sayı 50 nəfərə çatıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
"Van vilayətində zəlzələ zamanı xəsarət alan 50 nəfərin hamısına zəruri tibbi yardım göstərilib. Vəziyyəti cərrahi müdaxilə tələb edən xəstələrin hamısı əməliyyat olunub. Hazırda iki yaralı reanimasiyadadır", - nazir bildirib.
Qeyd edək ki, zəlzələ zamanı 9 nəfər ölüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar