Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xamenei tapşırıq verdi: İran nüvə hazırlığına başladı

Baxılıb: 586     Tarix: 05-06-2018 11:15   

İran bu gündən etibarən uranın zənginləşdirilməsi üçün potensialın artırılması prosesini başladıb.
Qanunvehedef.az xəbər verir ki, bunu İSNA agentliyinə açıqlamasında İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvəndi deyib. Onun sözlərinə görə, Tehran bununla bağlı MAQATE-ni məlumatlandırmaq niyyətindədir.
O, İranın bu addımı ehtiyac yaranacağı təqdirdə lazım olan hədəfə tez çatmaq üçün atdığını bildirb. Kamalvəndi İranın uranın zənginləşdirilməsini qısa müddətdə 20%-ə qaldıra biləcəyini deyib.
Qeyd edək ki, bundan öncə İranın Ali dini lideri Əli Xamenei ölkəsinin nüvə fəaliyyətindən əl çəkməyəcəyini açıqlayıb. O bildirib ki, İranın həm sanksiyalar altında qalmasını, həm də nüvədən əl çəkməsini istəmək təzaddır.
O daha sonra İranın Nüvə Enerjisi Təşkilatına nüvənin zənginləşdirilməsinə başlamağı və 190 min EPP səviyyəsinə çatdırmağı tapşırıb.шаблоны для dle 11.2