Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sarkisyanın qisas şansı QALMADI - 19 ildə ilk dəfə...

Baxılıb: 668     Tarix: 05-06-2018 11:50   
Ermənistanın Respublika Partiyasından olan bir neçə deputat partiyasının parlament fraksiyasından çıxmağa qərar verib.
Bu haqda TASS agentliyinin müxbirinə deputatların yaxın ətrafındakı mənbə bildirib.
"Partiyanı tərk etmək niyyətində olan bütün deputatlar böyük biznesmenlərdir. Onlar qısa müddətdə öz qərarlarını açıqlamağa hazırlaşırlar. Nəticədə, respublikaçılar parlamentdə azlıqda qalacaqlar", - mənbə qeyd edib.
Respublika Partiyası 105 yerlik parlamentdə 54 deputatla təmsil olunur. Deputatların partiyanı tərk etməsindən sonra isə Respublika Partiyası 19 il ərzində ölkənin qanunverici orqanında ilk dəfə azlıqda qalacaq. Partiya 1999-cu ildən hakimiyyətdədir və parlament seçkilərində beş dəfə - 1999, 2003, 2007, 2012 və 2017-ci illərdə qələbə qazanıb.
Daha əvvəl Şırak Torosyan, Artur Qevorqyan, Arman Saakyan və Feliks Solakyan partiyanın parlament fraksiyasından çıxdığını bəyan ediblər.
Qeyd edək ki, mayın 8-də Nikol Paşinyanın baş nazir seçilməsindən sonra Respublika Partiyası müxalifətə keçdiyini elan edib. Ekspertlər iddia edirdilər ki, partiya hökumətdən getsə də, parlamentdəki əksəriyyətin hesabına Paşinyanın hökumətinin işini iflic etməyə və hakimiyyətə qayıdış imkanlarını axtarmağa çalışacaqlar. Partiyanın parlamentdə azlıqda qalması bu imkanı heçə endirir.
Respublika Partiyasına keçmiş prezident və baş nazir Serj Sarkisyan rəhbərlik edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar