Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğan ilk dəfə açıqladı: Ankaranın yeni hədəfi

Baxılıb: 517     Tarix: 08-06-2018 11:30   
İraqda Qəndil və Sincardan başqa daha bir hədəfimiz var. Bunu ilk dəfə açıqlayacam.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”-nin birgə təşkil etdiyi canlı yayımda Qəndil əməliyyatı ilə bağlı suala cavab verərkən deyib.
“Hadisənin iki sferası var. Qəndil var, Sincar var. İraqdan Türkiyəyə hər hansı bir təhdid olsa, Bağdad hökuməti ilə bunu müzakirə edərik. Bağdad “mən bunu həll edərəm” desə, nə gözəl. “Həll edə bilmərəm” desə, Sincarı da, Qəndili də vurarıq. Bunu ilk dəfə söyləyirəm: Mahmuru da vurarıq. Mahmur çox əhəmiyyətlidir. BMT-nin Mahmur məsələsini də həll eləməsi lazımdır. Bu məsələni həll etməsələr, oranı da vurarıq. Qəndil haradan qidalanır, bilirsiniz? Mahmurdan. Sincar isə əslində kiçik bir Qəndildir”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Mahmur düşərgəsi İraqın şimalındakı Mosul şəhərində yerləşir. Düşərgədə təxminən 13 min nəfərin yaşadığı ehtimal olunur. Türkiyə PKK-nın düşərgəni istifadə etdiyini bildirərək, BMT-dən dəfələrlə buranın bağladılmasını tələb edib.шаблоны для dle 11.2