Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Türkiyə “Tamil Pələngləri taktikası”na hazırlaşır

Baxılıb: 739     Tarix: 08-06-2018 12:00   
Türkiyə Silahlı Qüvvələri Qəndil əməliyyatında Şri-Lankanın “Tamil Pələngləri” terror qruplaşmasına qarşı tətbiq etdiyi strategiyaya bənzər bir taktika həyata keçirir.
Qanunvehedef.az xəbər verir ki, bu taktika ilə Türkiyə PKK-nı mühasirəyə alaraq beşiyində boğmağı planlaşdırır.
Türkiyə sərhədindən kənarda yaradılacaq tampon bölgə ilə terrorçuların əlaqələri kəsiləcək və Türkiyəyə keçidlərin qarşısı alınacaq. Bununla da istənilən terror təhdidi Türkiyə sərhədlərindən kənarda aradan qaldırılacaq.
Ağır itki verən PKK yeni qüvvələr cəlb edə bilmədikcə Qəndildə sıxılıb qalacaq. Ankara da bundan istifadə edərək, xüsusən, qruplaşmanın mərkəzi istiqamətində təzyiq göstərməyə davam edəcək.
Sərhəddən kənarda yaradılan tampon bölgə ilə Qəndilin artıq təhlükəsiz olmadığı terrorçulara hiss etdiriləcək. Qəndildəki istənilən hərəkətliliyə qəfil bombardmanlarla müdaxilə ediləcək. Qruplaşmanın liderləri hədəf seçilərək tək-tək zərərsizləşdiriləcək.
Xatırladaq ki, əsası 1976-cı ildə qoyulan “Tamil Pələngləri” 2009-cu ildə darmadağın edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar