Avstriyadan şok: 7 məscid Türkiyəyə görə bağlandı
Baxılıb: 573 Tarix: 08-06-2018 15:31
Avstriya hökuməti ölkə ərazisində 7 məscidin qapadılması haqqında qərar qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, Avstriya Baş naziri Sebastian Kurts məscidlərin islamın siyasiləşdirilməsi iddiasıyla qapadıldığını bildirib:
“Bu qərara səbəb aprel ayında Türkiyənin dəstək verdiyi məsciddə Çanaqqala döyüşünün uşaqlar tərəfindən canlandırılmasıyla bağlı fotoların yayılması olub. İstintaq nəticəsində belə qərar verilib. Paralel toplumlar, siyasi islam və radikallığa bu ölkədə yer yoxdur. Hökumət olaraq bundan sonra belə məsələlərə tolerantlıq göstərməyəcəyik”.
Mətbuat qapadılacaq məscidlərin sayında artım olacağını deyib. Həmçinin başqa ölkədən dəstək və maliyyə yardımı alan imamların da ölkədən çıxarılacağı bildirilib. Hələlik, deportasiya ediləcək imamların 40 nəfər olduğu açıqlanıb.
Türkiyə Vyananın qərarına sərt reaksiya verib. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın baş verənləri islamafobiyanın tərkib hissəsi adlandırıb:
“Avstriyanın sadə bəhanələrlə yeddi məscidi bağlaması və imamları deportasiya etməsi bu ölkədə islam əleyhdarı irqçi və rasist populist dalğanın nəticələrindən biridir. Məqsəd müsəlman toplumları yadlaşdıraraq siyasi divident əldə etməkdir. Avstriya hökumətinin ideoloji mövqeyi beynəlxalq hüquq normalarına, azlıq hüququna və bir yerdə yaşama əxlaqına ziddir. İslamafobiyanın və irqçiliyin bu şəkildə normallaşdırılması və adi bir şeyə çevrilməsi qəti olaraq rədd edilməlidir”.
Ən çox oxunanlar
Son xəbərlər