Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Osmanlı Nikol və iranlı Serjik: kilsələrin toqquşması

Baxılıb: 510     Tarix: 11-06-2018 14:47   

Bizim coğrafiyada iki erməni var: biri İranda, digəri isə Osmanlıda yaşayan.
Böyük güclərin də həll edə bilmədiyi məsələ budur: Hansı ermənini dəstəkləyəcək?
Rus kimliyi ilə ortaya çıxan İran erməniləri - “qriqoryan” olaraq adlandırılanlar Eçmiədzin mərkəzli rus pravoslav kilsəsinə bağlandıqları üçün rus kilsəsinin qoruması altındadırlar.
Vatikan kilsəsinin inşa etdiyi erməni kimliyi - katolik ermənilər Müqəddəs Lazer monastırına bağlıdırlar.
Osmanı dövlətinin millət statusu verdiyi ermənilər İstanbul patrikhanesinə bağlı idilər.
Bu gün çarəsiz bir seçim qarşısındadırlar.
Paşinyan İcəvan ermənisidir, Osmanlı kökənlidir.
Armen Sərkisyan İrəvan ermənisidir, Osmanlı kökənlidir, Vatikan dəstəkli Lazer monastırına bağlıdır.
Hakimiyyəti təhvil verən Serj Sərkisyan isə İran ermənilərinin nümayəndəsi idi.
Çarəsiz durumda qalan Osmanlı ermənilərinin mərkəzi gücü diaspordur.
İran ermənilərinin əsrlər boyu gücü Eçmiədzin idi.
Çar Rusiyasında da, indiki Rusiyada da ən arzuolunmaz ermənilər Osmanlı dövlətində yaşayan katolikləşməyə meyilli ermənilərdir.
Çar Rusiyası Bizans varisi olaraq tarixə girdiyi andan özünə ən böyük təhlükə olaraq bu erməniləri seçdi. İran ermənilərini özünün bir parçası kimi qəbul edərək, katolikləşməyə meyilli ermənilərə qarşı bir silah kimi istifadə etdi.
İrəvanı mərkəz edən ruslar deyil, fransızlardır. Ruslar sonradan bu qədərlə barışıb baş verəcək təhlükələrə qarşı müdafiə olunan tərəfdir.
İndi ikinci bir erməni mərkəzi inşa edilir ki, bu da Qarabağdır.
Parqev Martirosyan Sumqayıt uşağıdır, Qarabağ kilsəsinə 1989-cu ildən rəhbərlik edir, Peterburqda din oxuyub və arxeyepiskopdur.
Qarabağ münaqişəsimi, erməni işğalımı sualı ilə yenidən üz üzəyik.
Vatikana bağlı İrəvan isə dünya xristianlarının həcc mərkəzi olmağa qərar verdi.
İrəvan, Dilcan, İcevan ermənilərinin xəritəsini bilməkdən ötrü Osmanlı dövlətinin hansı ərazilərindən hansı köçün gəlməsini heç araşdırmadıq.
Hey bunlar “haydır”, “haylar”dır deyib, onlara etnik ermənilik tarixi yazdıq.
Düşünmədik ki, ”hay” ifadəsi aramicədir, “hayk”dan deyil, diri olan, canlı qalan deməkdir.
Bizim həyat sözümüz də bu kökdən gələr.
Erməniləşmədə diri qalan hər zaman kilsə oldu. Kilsəni tanımadan ermənişünaslıq edənlər “bizim ermənilər”dir. Yəni “İran erməni”ləridir.
Artıq illərdir ki, dünya kilsələr birliyinə Qurgen rəhbərlik edir. Erməni kilsəsinin apostolik missiyasını təsdiq etdirməklə, Eçmiədzini mərkəz halına gətirə bildi.
Bizim işimiz artıq bizim ermənilərlədir. Dərdimiz ciddidir. Hara və kiminlə gedəcəyimizə qərar verməliyik!
Bu qədər!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar