Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Məhkəmə Trampın qarşı çıxdığı 85 milyardlıq anlaşmanı təsdiqlədi

Baxılıb: 670     Tarix: 13-06-2018 14:30   

ABŞ-da məhkəmə AT&T telekommunikasiya şirkəti tərəfindən “Time Warner” media-əyləncə qrupunun satın alınması barədə sövdələşməni qanunauyğun sayıb.
 
İKT.Qanunvehedef.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Kolumbiya federal dairəsinin hakimi 85 milyard dollarlıq müqavilənin antiinhisar qanunvericiliyinə zidd olmadığını bildirib.
 
Ötən ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək AT&T – “Time Warner” anlaşmasının ləğvini istəyib. Hökumət hesab edir ki, bu anlaşma auditoriyanın seçim imkanlarını azaltmaqla və aylıq TV ödənişlərinin həcmini artırmaqla istehlakçılara zərər vuracaq. Nazirlik məhkəmənin qərarından məyus olduğunu açıqlayaraq sonrakı addımlar barədə düşünəcəyini açıqlayıb.
 
Xatırladaq ki, prezident Donald Tramp da AT&T – “Time Warner” birləşməsinin əleyhinə idi.
 
Qeyd edək ki, baş ofisi Nyu Yorkda yerləşən “Time Warner” dünyanın ən böyük xəbər-əyləncə konqlomeratlarından biridir. Qurum 1990-cı ildə  “Warner Communications” şirkəti ilə “Time Inc.” nəşr məhsulları şirkətinin birləşməsi nəticəsində yaranıb. Məşhur CNN teleşirkəti də “Time Warner”ə daxildir.
 
1983-cü ildə qurulan AT&T isə ABŞ-ın ən iri mobil operatorlarından və internet-provayderlərindən biridir. Baş ofisi Dallas şəhərində yerləşən şirkətin müştərilərinin sayı 150 milyondan çoxdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar