Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İranda daha iki nazirlik yaradılır

Baxılıb: 550     Tarix: 21-06-2018 08:27   

İranda daha iki nazirlik yaradılacaq.
Report xəbər verir ki, bunu İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin tərkibinə ticarət və yol sahələri üzrə iki nazirlik əlavə ediləcək. Bu qurumlar əvvəllər uyğun olaraq, Sənaye və Şəhərsalma nazirliklərinin tərkibində olub.
Məlumata görə, dəyişikliklər İran prezidenti Həsən Ruhaninin islahatlarının tərkib hissəsi olub, hökumətin daha çevik fəaliyyət göstərməsi üçün edilir. M.Vaezi deyib ki, bu qərarı parlament də təsdiqləməlidir. Yeni nazirlərin təyinatı məsələsinə gəlincə, Prezident Aparatının rəhbəri bildirib ki, onlar gənc və yeni sima olacaqlar.
Qeyd edək ki, bununla da İranda hökumət üzvləri 31-ə çatacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar