Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ “Human Rayts Votç”a da savaş açdı

Baxılıb: 480     Tarix: 21-06-2018 13:05   

ABŞ BMT-nin İnsan Haqları Şurasında Vaşinqtonun təklif etdiyi reformları dəstəkləməyən İnsan Haqları Müdafiəçisi (Human Rights Watch, HRW) və digər beynəlxalq hüquq müdafiəsi təşkilatları ilə işləməkdən imtina edə bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə artıq ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli HRV təşkilatına məktub göndərib.
“Siz bilməlisiniz ki, BMT-nin İnsan Haqları Şurasında danışıqlara yol verməmək və reformlara mane olmaq üçün göstərdiyiniz bütün cəhdlər Vaşinqtonun bu qurumdan çıxmasının əsas səbəblərindən biri oldu. Biz bir il əvvəl İnsan Haqları Şurasının əsas reform istiqamətlərindən bəhs etdik. Bu sırada şuranın tərkibinin yaxşılaşdırılması, antiisrail gündəmindən imtina edilməsi yer alırdı. Keçən ay ABŞ elə də böyük olmayan ölkələr arasında şuranın gücləndirilməsi layihəsini tədqiq etmələri üçün yaydı. İndiyə qədər biz heç bir ölkədən hər hansı düzəliş almamışıq. Yeganə yazılı cavab Rusiya və Çinin demarşı, eləcə də sizin (18 hüquq müdafiəsi təşkilatın – red.) şuraya üzv dövlətlərə bizim qətnaməyə qarşı çıxmaları ilə bağlı müraciətiniz oldu. Bununla siz Rusiya və Çinin yanında yer alıb, insan haqları məsələsində ABŞ-a qarşı çıxdınız. ABŞ bundan sonra da bütün insanların haqları uğrunda mübarizəyə liderlik etməyə və beynəlxalq ictimaiyyətin kütləvi cinayətlərə diqqətinin cəlb edilməsinə davam edəcək. Biz bu hədəfləri dağıtmağa çalışan yox, onları bölüşən qeyri-hökumət təşkilatları ilə işləməyə şad olacağıq”, – deyə məktubda bildirilib.
Qeyd edək ki, ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarından sonra açıqlama yayan HRV təşkilatı Trampı yalnız İsrailin müdafiəsinin narahat etdiyini bəyan edib. Sonradan daha bir bəyanat yayan təşkilat ABŞ-ın hələ də öz səhvlərindən dərs çıxarmadığını və bu işdə başqalarını günahlandırdığını vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar