Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikolun məmur balaları ilə bağlı planı

Baxılıb: 537     Tarix: 21-06-2018 16:00   

Erməni iş adamı Qagik Çarukyan Ermənistan İdman və Gənclər Nazirliyinə müraciət edərək, oğlu Nvera Çarukyanın adının hərbi xidmətdən möhlət alanlar siyahısından çıxarılmasını tələb edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.
“Çarukyanın bu addımını nəcib hərəkət kimi təqdim etməyə çalışırlar. Lakin əslində mahiyyət tam fərqlidir. Belə ki, oğul Çarukyanın orduda xidmət öhdəliyindən azad edilməsindən sonra Baş nazir Nikol Paşinyan İdman naziri Levon Vaqradyanı yanına çağırıb və ona bu vəzifənin öz himayədarlarının övladlarını qorumaq üçün verilmədiyini bildirib. Paşinyan oğlunun Qarabağda xidmət etmək istədiyini və buna görə də heç bir məmurun və oliqarxın oğlunun hərbi mükəlləfiyyətdən imtina etməsinə dözməyəcəyini deyib”, – deyə qəzet bildirib.
Qeyd edək ki, bundan öncə Paşinyan oğlunu Qarabağda hərbi xidmətə yollayacağını bəyan edib.шаблоны для dle 11.2