Eks-prezident: Venesuelaya hücum etmək lazımdır
Baxılıb: 504 Tarix: 06-09-2018 11:14
Venesuelada situasiyanın normallaşdırılması üçün bu ölkəyə müdaxilə etmək lazımdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Kolumbiya Senatında çıxışı zamanı bu ölkənin eks-prezidenti Alvaro Uribe deyib. Onun sözlərinə görə, Venesuelaya müdaxilə Kolumbiya Prezidenti İvan Dukenin təklif etdiyi şərtlərlə gerçəkləşdirilməlidir.
O, Venesueladakı faciənin dayandırılmasının vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Duke bundan öncə Venesuelaya hərbi müdaxilə yerinə, diplomatik hücum həyata keçirmək lazım olduğunu deyib.
Ən çox oxunanlar
Son xəbərlər